QARA TURP: ağzımızı yandırır, amma ən qorxulu virusları öldürür RESEPTLƏR


Digərləri 03 Dek 2018 21:42:00 301 0

QARA TURP: ağzımızı yandırır, amma ən qorxulu virusları öldürür  RESEPTLƏR

Süfrələrin və salatların bəzəyi olan turp bitkisi çoxumuza məlumdur. Dadlı olduğu qədər də faydalı olan bu bitkinin əsasən iki növündən (qırmızı və ağ) istifadə edilir. Ağ turpun həm də müalicəvi təsirli olması çoxlarına məlumdur. Belə ki, öskürək və boğaz ağrıları zamanı onun suyu içilir və boğaz qarqara edilir. Lakin turpun başqa bir növü də var ki, bəlkə də çoxları onun varlığından xəbərsizdirlər. 

Son.az medicina.az-a istinadən bildirir ki, qara turp bu bitkinin ən acı, ancaq ən faydalı növüdür. Həm çiy halda tərəvəz kimi, həm də dərman məqsədilə istifadə edilir. Yarpaqlarından və meyvə köklərindən müxtəlif yeməklər, salatlar hazırlanır. Tərkibində çox miqdarda vitaminlər və minerallar mövcuddur.  O, maddələr mübadiləsini tənzimləyir, immuniteti artırır, artıq mayeni bədəndən xaric edir. Həm də təbii antibiotik hesab edilə bilər. Qara turp bədəndə olan şlakların, ödün, duzların və sidik turşusunun bədəndən çıxarılmasını təmin edir. Şirəsi güclü ödqovucu xüsusiyyətə malikdir. Buna görə də qaraciyər və öd problemləri zamanı dərman maddəsi kimi tətbiq edilir. 

Tərkibində olan maddələrin hesabına qara turp antiseptik və bakterisid tərkibə malikdir. Tərkibində olan kükürd birləşmələri isə hətta xərçəng hüceyrələrini məhv edir. Buna görə də xalq təbabətində qara turpun meyvə köklərindən onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Həmçinin qara turp öskürək, qrip, öd daşı xəstəliklərində də effektlidir. 

Xalq təbabətində qara turpun bir sıra xəstəliklər zamanı tətbiq edilən reseptləri mövcuddur: 

- Öskürək zamanı qara turpun bir böyük məyvə kökünü sürtgəcdən keçirin. Şirəsini sıxaraq 200 qr bal ilə qarışdırın. Daha sonra 12 saat qaranlıq və sərin yerdə saxlayın. Əmələ gələn məhlulu gün ərzində bir neçə dəfə qəbul edin.