Körpələrin gecə rahat yatması üçün nə edə bilərik? Pediatr məsləhəti


Digərləri 03 Dek 2018 21:47:00 323 0

Körpələrin gecə rahat yatması üçün nə edə bilərik?  Pediatr məsləhəti

Üzü üstə çox vaxt keçirən uşaqlar daha rahat yatırlar. 

Son.az medicina.az-a istinadən bildirir ki, 6 aylıq 22 uşaq üzərində aparılan araşdırma bunu deməyə əsas verir. Valideynlər körpələri gün ərzində tez-tez üzü üstə uzadaraq sonradan körpələrin daha rahat yuxuya getdikləri müşahidə ediblər. 

Miçiqan Universitetinin alimlərinin sözlərinə görə, gün ərzində körpələrin fiziki aktivliklərinin səviyyəsinin az olması onlarda yuxu probleminə səbəb ola bilər. Üzü üstə uzanmaq isə kifayət qədər yorucudur və tənəffüs orqanlarının funksiyasını yerinə yetirməsi üçün kifayət qədər mürəkkəb bədən formasıdır. Nəticədə, körpənin motorikası inkişaf edir, beləliklə də o bir çox vacib həyatı göstəricilər qazanmış olur.