Bu idman növü insan ömrünü 10 il uzadır Üzgüçülük, qaçış bunun yanında kölgədə qalıb


Digərləri 03 Dek 2018 21:33:00 312 0

Bu idman növü insan ömrünü 10 il uzadır  Üzgüçülük, qaçış bunun yanında kölgədə qalıb

Alimlər sübut ediblər ki, mütəmadi olaraq tennis oynayan insanların ömürləri təxminən 10 il uzanır.

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə tennis insan orqanizminə qaçış və velosipedə nisbətən daha çox fayda verir. Bunu təxminən 8600 könüllünün iştirak etdiyi tədqiqatlar sübut edib.

Araşdırmalardan məlum olub ki, tennis oynayanlar ümumiyyətlə idmanla məşğul olmayanlara nisbətən təxminən 9.7 il daha çox yaşayırlar. Badminton oynayan insanlarda bu göstərici 6.2, futbolçularda isə təxminən 5 ildir. Rəqib və ya ümumiyyətlə insanlarla təmas tələb etməyən idman növlərinin isə bir o qədər səmərəli olmadığı müəyyən edilib.