"Seks sənayesində" köləliyə cəlb olunmuş qızlar və qadınlar...


Dünya 03 Dek 2018 21:35:00 375 0

"Seks sənayesində" köləliyə cəlb olunmuş qızlar və qadınlar...

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini "seks sənayesində" köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə "kölgə iqtisadiyyatının" müxtəlif sahələrində işləyənlər təşkil edir.

BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2016-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT "Azadlıq uğrunda 50" kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.