Ən asan arıqlamaq üsulu: hər kəsin mətbəxində var RESEPT


Digərləri 03 Dek 2018 21:38:00 330 0

Ən asan arıqlamaq üsulu: hər kəsin mətbəxində var  RESEPT

Artıq çəkidən xilas olmaq üçün bəzən ən sadə yollar daha çox effektiv olur.

Son.az medicina.az-a istinadən bu gün hər bir evin mətbəxində rast gəlinən ucuz vasitə olan çay sodasından arıqlamaq reseptlərini təqdim edir:

Limon şirəsi ilə

Soda və limon şirəsi çox effektivdir. Tərkibində olan limon şirəsini limon turşusu ilə də əvəz etmək olar. Bu içki yalnız arıqlamağa deyil, həmçinin də mədədə olan turşuluğu azaltmağa kömək edir. 

Tərkibi: 300 ml su, 0.5 limonun şirəsi, 0,25 çay qaşığı çay sodasını qarışdırın. Əmələ gələn məhlulu acqarına 14 gündən çox olmayaraq qəbul edin. Daha sonra 14 gün fasilə verin. Sonra yenidən qəbul edin. Bu minvalla qəbul edilən sodalı su sizin kilo verməyinizə səbəb olacaq. 

Zəncəfillə

Zəncəfil orqanizmdə gedən maddələr mübadiləsini sürətləndirir, toksinləri xaric edir. 

Tərkibi: 1 st. su, 1 dilim limon, 1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 0,5 çay qaşığı soda, 1 çay qaşığı bal.