Dünya üçün təhlükəli olan yeni viruslar aşkarlandı Heyvanlardan keçir


Digərləri 03 Dek 2018 21:22:00 218 0

Dünya üçün təhlükəli olan yeni viruslar aşkarlandı  Heyvanlardan keçir

Bəşəriyyət üçün potensial təhlükə hesab edilən viruslar müəyyən edilib.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər geniş əhatəli pandemiyaya səbəb ola biləcək potensial təhlükə mənbəyi hesab edilən virusları aşkarlayıb. Onların hamısı "zoonozlar" kateqoriyasına aiddir və heyvanlardan insanlara keçir. Hazırda 100 -ə yaxın belə infeksiya məlumdur. Onlar arasında Ebola qızdırması, sibir yarası, ensefalit, borellioz və digərləri var. Hesab edilir ki, QİÇS belə insanlara heyvanlardan-meymunlardan keçib. Mütəxəssislər hesab edir ki, yaxın zamanlarda xəstəliklərin siyahısı genişlənəcək. Viruslar mutasiyaya uğrayır və yeni qurbanları üçün daha da təhlükəli olmağa başlayır.

Onların müəyyən edilmiş ümumi xüsusiyyətləri -qaraciyərə, mərkəzi sinir sisteminə və tənəffüs yollarına nüfuz etmə, primatlara yoluxma qabiliyyəti, qoruyucu lipid membranın olmamasıdır.