Bu 50 əlaməti unutmayın Qocalığın başladığı zaman


Digərləri 03 Dek 2018 21:26:00 304 0

Bu 50 əlaməti unutmayın  Qocalığın başladığı zaman

Gün ərzində azacıq yorulanda, enerjimiz tükənəndə "Qocaldıq getdik" deyirik. Alimlər və həkimlər is' yaşlanmanın əlamətlərini müəyyənləşdirəndə bir neçə məqamı sıralayıblar.

Son.az "Yeni Müsavat"a istinadən alimlərin yaşlılıqla bağlı gəldiyi elmi nəticələri sizə təqdim edir. Ümumilikdə yaşlandıqca bədənimizdə ortaya çıxan doqquz əlamət var. Bu əlamətlər qaçılmaz yaşlanmanın təsirlərini geriyə çevirməmizi və gəncliyimizi uzatmağımızı təmin edir.

"Bioloji mənada yaşlandıqca daha yaxşıya doğru gedən bir şey bilmirəm". İspaniyadakı Beynəlxalq Onkoloji Araşdırmalar Mərkəzindən həkim Manuel Serranonun bu sözləri çox pessimistdir. Serrano "Yaşlanma İmarətləri" adlı yeni yayımlanan araşdırmanı həyata keçirən həkimlərdən biridir.

Araşdırmada mütəxəssislər zaman keçdikcə bədənimizdə yaşanan başlıca prosesləri sıralayıb. Serrano BBC-yə verdiyi açıqlamada "Bunlar qaçılmaz faktorlardır. Həyat tərzi və genetikaya bağlı olaraq bəzi insanlarda daha çox, bəzilərində də daha az görünə bilir. Amma mütləq yaşanır" dedi. Aralarında insanların da olduğu məməli canlılarda yaşlanma əlamətləri olaraq qəbul edilən doqquz faktor var:

DNK-dakı zərər üst-üstə gəlir

DNK-mız hüceyrələr arasında çatdırılan genetik kodumuzdur. Yaşlanmaqla birlikdə bu müddətdəki xətalar da artır. Ya da bu xətalar hücrələrdə yığılır. Genetik iqtidarsızlıq deyə bilinən bu olay, xüsusən DNK xətaları, özəl fəaliyyətləri olan hüceyrələrin istehsal edildiyi kök hüceyrələrə təsir etdiyi zaman daha qalıcı olur. Genetik iqtidarsızlıq kök hüceyrələrin roluna zərər verə bilir. Xətalar üst-üstə gəldikcə xərçəngli hüceyrələrə belə çevrilə bilir.

Xromosomlar yorulur

DNK zəncirlərimizin ucunda xromosomlarımızı qoruyan qapaq kimi quruluşlar var. Ayaqqabı bağının ucundakı plastik qoruyucular kimi. Bunlara telometr deyilir. Yaşlandıqca bunlar yorulur və xromosomlar qorumalarını ititirlər. Bu da yanlış bir şəkildə kopyalanmaları mənasına gəlir və problemlərə yol aça bilir. Araşdırmalar göstərib ki, telomerlərdəki pozulma ilə ağciyər fibrozu və ağır bir immunitet sistemi xəstəliyi olan aplastik anemiya arasında əlaqə var. Araşdırmaçılar telomerlərin ömrünü uzadan telomeraz adlı enzimin səviyyələrini də artırmağa nail olub. Araşdırmalarda telomerlərin ömrünü uzatmağın siçanların da ömrünü uzada biləcəyi sübut edilib.

Hüceyrə davranışlara təsir edir

Bədənimizdə DNK ifadəsi adı verilən bir müddət yaşanır. Bu müddətdə bəlirli bir hüceyrədəki minlərlə gen hüceyrənin nə edəcəyini müəyyənləşdirir. Məsələn, hüceyrənin bir dəri hüceyrəsi, yoxsa bir beyin hüceyrəsi ola biləcəyini müəyyən edir. Zaman və yaşam şəkliniz bu təlimatların necə verildiyini müəyyən edir. Bu səbəbdən də hüceyrələr etməli olduqlarından fərqli davrana bilirlər.

Hüceyrə yeniləmə potensialımızı itiririk

Hüceyrələrimizdəki xətər görmüş ünsürləri yığması üçün bədənlərimiz daimi olaraq hüceyrə ehtiyatını yeniləmə potensialına sahibdir. Ancaq bu potensial yaşlandıqca azalır. Daha sonra hüceyrələr işə yaramayan və ya toksik proteinleri yığmağa başlayır. Bunların bəziləri Alzheimer və Parkinson xəstəlikləri, eləcə də kataraktla əlaqələndirilir.

Orqanizm metabolizmə nəzarəti itirir

Zaman keçdikcə hüceyrələr yağ, şəkər kimi maddələri işləmə potensiallarını itirirlər. Hüceyrələrin alınan qidaları düzgün bir şəkildə metabolizasiya etmək qabiliyyəti itincə şəkər xəstəliyi kimi xəstəliklər ortaya çıxa bilir. Yaşlanma ilə birlikdə başlayan şəkər xəstəliyi bu səbəblə də tez-tez görülür. Daha yaşlı bədənlər artıq yenidən hər şeyi işləyə bilmir.

Mitoxondrilərin fəaliyyəti dayanır

Mitoxondri - hüceyrələrə enerji verir, amma illər keçdikcə təsirlilik gücünü itirirlər. Mitoxondrilərin yaxşı işləməməsi DNK-ya ziyan verir. Bəzi işlərdə mitoxondri fəaliyyətini təmir etməyin məməlilərdə ömrü uzatdığı nəticəsinə gəlinib. "Nature" adlı elm jurnalında iyun ayında yayımlanan bir araşdırmada mütəxəssislər siçanlardakı qırışıqlıqları, mitoxondrilərinin fəaliyyətlərini yenidən başladaraq geriyə çevirdiyini iddia etmişdi.

Hüceyrələr zombiyə çevrilir

Bir hüceyrə həddən artıq xətər gördükcə, digər ziyanlı hüceyrələrin artmasının qarşısını alan bir vasitə olma özəlliyini itirir. Bölünməyə davam edir, amma ölmür. Senescent hüceyrə olaraq bilinən bu hüceyrələr zaman və yaşlanma ilə birlikdə yığılır. Siçanlar üzərində keçirilən araşdırmalarda bu hüceyrələri yox etmənin yaşlanmanın bəzi təsirlərini ortadan qaldırdığı da diqqət çəkib.

Kök hüceyrələrin enerjisi bitir

Yenilənmə potensialındakı azalma yaşlanmanın ən xarakterik ünsürlərindən biridir. Kök hüceyrələr yorulur və yenilənmə funksiyalarını itirirlər. Son illərdə aparılan araşdırmalar kök hüceyrələri gəncləşdirmənin, bədənin yaşlanmanı göstərmə formasını geriyə çevirdiyini göstərir.

Hüceyrələrin bir-biri ilə əlaqəsi sona çatır

Hüceyrələr daim bir-birilə əlaqədədir, amma bu potensial zamanla azalır. Bu da iltihablanmada artıma yol açır və "dialoqun" qarşısındakı problemləri böyüdür. Nəticə olaraq,  patogenlərin və anormal hüceyrələrin varlığına qarşı həssaslıqlarını itirirlər.

Serrano yaşlanma prosesi ilə bağlı çalışmaların tibbin orqan və toxumalardakı pozulmanı yavaşladacaq üsulları təmin edə biləcəyini deyir. Bundan başqa, yaşlanma qaçılmaz olsa da, "sağlam həyat tərzi ilə" təsirlərini azalda biləcəyini vurğulayır. Bu günlərdə yaşlı insanların həyatı bir neçə onilliklər öncəsi ilə müqayisədə daha sağlamdır. Edə biləcəyiniz ən yaxşı şey yaşlandığınız zaman da həyatdan zövq almaqdır.

Bu 50 əlaməti unutmayın - qocalıq bu zaman başlayır

İngiltərədə 50 yaşdan yuxarı insanlara sığorta xidməti təklif edən bir şirkətin iki min nəfər arasında keçirdiyi sorğuda maraqlı nəticələr ortaya çıxıb. Sorğuda iştirak edən hər on nəfərdən səkkizi "Hamı hiss etdiyi yaşdadır" desə də, psixoloqlar verilən cavablar əsasında qocalmağa başlayanların 50 ortaq əlamətini müəyyən edə bilib.

Həmin 50 əlamətlə tanış olmağa necə baxırsınız? Bəlkə siz də qocalmaq üzrəsiniz?

- Bədəninizin hansısa yerinin tez-tez tutulması

- Əyiləndə ağrımaq

- "Mən cavan olanda belə deyildi" demək

- Saçların tökülməyi

- "Bizim vaxtımızda..." ilə başlayan cümlələr qurmaq

- Tez-tez küsmək

- Radioların Top-10 siyahısındakı heç bir mahnını bilməmək

- Səs-küyə əsəbiləşmək

- Oynaqların ağrımağından şikayətlənmək

- Qulaqların, burnun tüklənməyə başlaması

- İnsanların adını yaddan çıxarmaq

- Polisə, həkimlərə, müəllimlərə "dünənin uşağı" kimi baxmaq

- Televizorun qabağında yuxulamaq

- Günorta yuxusuna ehtiyac hiss etmək

- Gənclərin nədən danışdığını başa düşməmək