Əlcəzair prezidenti şahzadəsi Məhəmmədi qəbul etmədi


Dünya 03 Dek 2018 21:10:00 274 0

Əlcəzair prezidenti şahzadəsi Məhəmmədi qəbul etmədi

Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk dəfə xarici ölkəyə səfər edən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb.

Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Prezident isə qrip olduğu üçün şahzadə ilə görüşməyib.


Xəbərə aid fotolar