Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə bunlara əməl edin


Digərləri 03 Dek 2018 21:14:00 233 0

Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə bunlara əməl edin

Soyuqdəymə xəstəlikləri və qripp zamanı sağalmanı tezləşdirmək üçün bu kimi qaydalara əməl etmək lazımdır:

- İşə çıxmayın. İşlə bağlı olan yorğunluq, stress və s. immun sistemini daha da zəiflədir ki, nəticədə sağalma ləngiyir və xəstənin vəziyyəti daha da ağırlaşır.

- Evdə daha çox uzanmağa və dincəlməyə çalışın. Nənələrimizdən biz tez-tez eşidirdik ki, xəstə nə qədər çox yatarsa, o qədər tez sağalar. Bu həqiqətən belədir. Yuxu zamanı immun sistemi fəallaşır.

- Üstünüzü isti örtməyin. Bu yalnız hərarətin yüksəlməsinə səbəb olacaq. Yüngül geyinin.

- Daha çox maye qəbul etməyə çalışın. Bu orqanizmdə xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri xaric edəcək və xəstənin vəziyyəti yüngülləşəcək. Bal və limon əlavə olunmuş ilıq su, moruq, zoğal mürəbbəsi ilə çay, quru meyvələrdən bişirilmiş kompot, çobanyastığı dəmləməsi və s. sizə çox yaxşı kömək edəcək. Maye isti yox, ilıq olmalıdır. Mayeni daha tez-tez və az-az için.

- Qida yüngül olmalıdır. Xəstə yemək istəmirsə, onu zorla yedizdirmək olmaz. Toyuq bulyonu xəstəlik zamanı çox yaxşı seçimdir. Son.az saglamolun.az-a istinadən bildirir ki, toyuq bulyonu orqanizmə hətta müalicəvi təsir edir, nəfəs yollarını selikdən təmizləyir.