Bu ilin 9 ayında Bakıda 10 minə yaxın insan dünyasını dəyişib


Digərləri 03 Dek 2018 21:18:00 229 0

Bu ilin 9 ayında Bakıda 10 minə yaxın insan dünyasını dəyişib

Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.