Təzyiqi salmaq üçün xoşagələn üsul


Digərləri 03 Dek 2018 21:06:00 298 0

Təzyiqi salmaq üçün xoşagələn üsul

Yunanıstanda keçirilmiş elmi araşdırma nəticəsində məlum olub ki, günorta yuxusu hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqi aşağı salmağa kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 386 yüksək təzyiqdən əziyyət çəkən insan iştirak edib. Məlum olub ki, günorta vaxtı yatan insanlarda arterial təzyiq 5% aşağı düşür. Alimlər qeyd edir ki, yüksək təzyiqin hətta 2 mm.c.st düşməsi ürək-damar sistemi xəstəliklərinin riskini və bu xəstəliklərdən ölüm hallarını 10% azaldır.