Timoşenko: "Əhali qorxu içində ölkəni tərk edir"


Dünya 03 Dek 2018 20:52:00 213 0

Timoşenko: "Əhali qorxu içində ölkəni tərk edir"

Ukraynada hərbi vəziyyətin zamanı azaldılmalıdır, çünki o, ölkə əhalisini çox qorxudur.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Radasındakı çıxışı zamanı Yuliya Timoşenko deyib.

"Bütün ölkədə insanlar qorxu içindədirər. Onlar şok vəziyyətindədirlər. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Biz parlament olaraq bütün prosesləri diqqətdən kənarda saxlamaq haqqına sahib deyilik. Rada qapalı rejimdə Ukrayna prezidentini dinləmələrə çağırmalı və bundan sonra hərbi vəziyyətin vaxtını müəyyən etməlidir", - deyə o bildirib.