Hind okeanındakı güclü uğultu bütün dünyanı qorxuya saldı


Digərləri 03 Dek 2018 20:40:00 258 0

Hind okeanındakı güclü uğultu bütün dünyanı qorxuya saldı

Alimlər Hind okeanının dibində naməlum uğultu kəşf ediblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, uğultu mənbəyindən 20 dəqiqə ərzində bütün istiqamətlərə güclü seysmik dalğalar ötürülüb.

Sirli uğultunun mərkəzi Afrika və Madaqaskar arasında, Mayotta adasının 24 kilometrliyində yerləşir. Seysmik dalğalar Afrika, Kanada, Cənubi Amerika, Havay və Yeni Zelandiyaya qədər çatıb. Sirli uğultu 11 noyabr tarixində kəşf edilsə də, mətbuata bu yaxınlarda məlumat verilib. Eyni zamanda bildirilir ki, güclü uğultunu heç bir insan hiss etməyib. Onu sadəcə seysmoqraf ekranlarında görmək mümkün olub.

Bütün seysmoloqlar bunun anomal hadisə olduğunu, bu günə qədər belə bir vəziyyət ilə rastlaşmadıqlarını bildiriblər. Mütəxəssislərin sözlərinə əsasən, seysmik dalğalar müəyyən və daimi tezlikdə olublar. Adətən belə dalğalar güclü zəlzələdən sonra meydana çıxır amma son zamanlar heç bir zəlzələ qeydə alınmayıb. Bundan başqa güclü zəlzələ dərhal hiss edilərdi.