Azərbaycan BƏƏyə ticarət missiyaları göndərəcək


Digərləri 03 Dek 2018 20:24:00 252 0

Azərbaycan BƏƏyə ticarət missiyaları göndərəcək

Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib: "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ edtmk məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək. Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir".

Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edri ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırııb.

Nazirin sözlərinə görə, Azərbycanın BƏƏ-yə yatırımları isə 330 milyon dollar təşkil edib.

Ş.Mustafayev əlavə edib ki, hazırda BƏƏ-nin təxminən 300 şirkətri Azərbaycanda fəaliyyət gösətirir.

Son.az