Səfir: "Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr var"


Siyasət 03 Dek 2018 20:28:00 272 0

Səfir: "Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr var"

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm əlaqələr mövcuddur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BƏƏ-nin yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Mohamed Hamel Əl Qubaisi bildirib.

Diplomat bildirib: "Hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, ticarət, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir".

Səfir qeyd edib ki, iki həftə əvvəl Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən Ticarət Palatasının yaradılmasının üç illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Son.az