Xaçmaz məktəbində biabırçılıq


Digərləri 03 Dek 2018 19:28:00 369 0

Xaçmaz məktəbində biabırçılıq

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasov məhkəmə qərarından kassasiya şikayəti verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, G.Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayəti göndərilib. 

Şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə fevralın 5-də baxılacaq. 

İttihama görə, 1996-cı ildən Gülfərz Alxasov Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad-soyad şərti verilib - red.) qarşı əxlaqsız hərəkətlər edib.