Gömrükdə külli miqdarda narkotik vasitə aşkar edilib


Digərləri 03 Dek 2018 19:19:00 265 0

Gömrükdə külli miqdarda narkotik vasitə aşkar edilib

Narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlmada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.