Konsul Otto Hauzer: Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməlidir (ÖZƏL)


Digərləri 03 Dek 2018 19:08:00 301 0

Konsul Otto Hauzer: Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməlidir (ÖZƏL)

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir

Bakı. Rəşid Şirinov - Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir. Bunu Trend-ə Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer deyib. O.Hauzer bildirib ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq qarşılıqlı səmərəli olmalıdır: “Azərbaycan Avropaya neft, gələcək də isə qaz tədarük edəcək”. Fəxri konsulun sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə qayıtmaq hüququnun təmin olunması münaqişənin nizamlanmasında ilk addım olmalıdır: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və buna heç bur şübhə yoxdur. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq imkanı olmalıdır”. O.Hauzer həmçinin Dağlıq Qarabağ və ətraf rayonlardan erməni qoşunlarının çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının vacibliyini vurğulayıb: “Bu, beynəlxalq ictimaiyyətin iradəsidir”. Fəxri konsul qeyd edib ki, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır, çünki bu tədbirlər danışıqlar prosesinin fəallaşmasına xidmət edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin