Panamerika Gimnastika İttifaqının prezidenti: "Azərbaycanın çox güclü Gimnastika Federasiyası var"


Digərləri 03 Dek 2018 18:57:00 303 0

Panamerika Gimnastika İttifaqının prezidenti: "Azərbaycanın çox güclü Gimnastika Federasiyası var"

Azərbaycan Gimnastika Federasiyası çox güclüdür və güclü iqtisadi və texniki bazaya malikdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Panamerika Gimnastika İttifaqının prezidenti və FIG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo deyib.

O, Federasiyanın işinin yüksək qiymətləndirildiyini deyib:

"Heç də bütün federasiyalar bu cür tədbir keçirməyi öhdəsinə götürə bilməz".