“Kelebek”də qaydalar dəyişdi


Şou-biznes 03 Dek 2018 18:49:00 262 0

“Kelebek”də qaydalar dəyişdi

Ötən gün Bakıda baş tutan konsert proqramında "Altın Kelebek" mükafat mərasiminə namizəd olan 7 məşhurdan Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanmayıb. Buna səbəb təşkilatçıların seçim prosesi ilə bağlı dəyişiklik etməsi olub.  Belə ki, dekabrın 9-da İstanbulda keçirilən dəbdəbəli tədbirə cəmi bir ulduzumuz gedəcək.

Son.az xəbər verir ki. bu barədə "qafqazinfo"ya "M Group Production"ın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, yeni qərara əsasən, 3 yox, cəmi 1 xanım müğənni Türkiyəyə yola düşəcək:

"Əvvəl təşkilatçılar fikirləşdi ki, 7 namizəd ulduzun konsertindən 3 finalist seçilərək Türkiyəyə göndərilsin. Sifarişçi səsvermədə qalib gələn 3 sənətçinin adını gizli saxlayacaqdı və mətbuata bu barədə məlumat verməyəcəkdi. Sadəcə olaraq həmin finalistlərə hazırlıq barədə müraciət olunacaqdı. Geyim, bilet və s. Daha sonra təşkilatçıların istəyinə görə, qərar dəyişdirildi.


Xəbərə aid fotolar