Futbolçuya banan atdı, həbs olundu
İdman 03 Dek 2018 18:28:00 278 0
İngiltərə Premyer Liqasının son turunda - Arsenal-ın Tottenham-i 4:2 hesabıyla məğlub etdiyi London derbisində xoşagəlməz hal yaşanıb.
Goal.az xəbər verir ki, ev sahiblərinin hücumçusu Pyer-Emerik Obameyanq irqçiliyə məruz qalıb. Penalti zərbəsi zamanı 29 yaşlı futbolçuya rəqib azarkeşlərdən biri tərəfindən banan qabığı atılıb.
İngiltərə polisi matçdan dərhal sonra həmin azarkeşi həbs edib.
Mənbə: goal.az