Altay Həsənov: Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək


Digərləri 03 Dek 2018 18:25:27 267 0

Altay Həsənov: Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək.

Bakı. Elçin Mehdiyev - Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib. A.Həsənov qeyd edib ki, Azərbaycanda gimnastika idman növü son 10 ildə çox sürətlə inkişaf edib: "Azərbaycan Gimnastika Federasiyası mötəbər tədbirlərin təşkili üzrə böyük təcrübə toplayıb. Bu dəfə isə Bakıda idman yarışı deyil, ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının Konqresi kimi mötəbər tədbir keçirilir. Bilirsiniz ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclası da məhz Bakıda təşkil olunmuşdu. Qonaqların da dediyi kimi, hər şey çox uğurla keçir. Federasiyamız həmişəki kimi hər şeyi yüksək səviyyədə təşkil edib. İnanıram ki, Konqresdə qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək. Buna görə də biz Bakıda belə tədbirlərin keçirilməsindən çox şadıq".