Akif Əlizadə: "AMEA professorları fəal çalışmalıdırlar"


Digərləri 03 Dek 2018 18:19:00 284 0

Akif Əlizadə: "AMEA professorları fəal çalışmalıdırlar"

"AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirak etməlidirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Professorlarının Koordinasiya Şurasının ilk iclasında çıxış edən akademiya prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, AMEA professorları öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar.