Azərbaycan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir


Digərləri 03 Dek 2018 18:14:00 278 0

Azərbaycan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.

Bakı. Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 3-5 dekabr tarixlərində İstanbul şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransın məqsədi Davamlı İnkişaf Məqsədlərinin implementasiyasına töhfə vermək məqsədilə mədəniyyət və turizm sahələri arasında inklüziv əlaqələrin qurulması və mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etməkdir.