Türkiyə Azərbaycana avtomobil ixrac etmək istəyir


Digərləri 03 Dek 2018 16:49:00 221 0

Türkiyə Azərbaycana avtomobil ixrac etmək istəyir

Türkiyə Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına öz istehsalı olan avtomobilləri ixrac etməkdə maraqlıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Sənaye və Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Türkiyə yerli avtomobillərin türkdilli ölkələrə ixracına başlamazdan əvvəl bu dövlətlərin avtomobil bazarlarını öyrənməyi planlaşdırır: "Türkiyə yerli istehsallı avtomobilləri digər qonşu bazarlara da ixrac etmək niyyətindədir".