DİN qadının əri tərəfindən saçının qırxılaraq videoya çəkilməsinə münasibət bildirib


Digərləri 03 Dek 2018 16:32:00 233 0

DİN qadının əri tərəfindən saçının qırxılaraq videoya çəkilməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xəyanət etdiyi deyilən qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakı. Ceyhun Ələkbərov - Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xəyanət etdiyi deyilən qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib. DİN-dən Trend-ə verilən məlumatda deyilir: "Sosial şəbəkələrdə əri tərəfindən saçları qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub. Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib.