Evlilik təklifi zamanı üzük kanalizasiyaya düşdü VİDEO FOTO


Digərləri 03 Dek 2018 16:22:00 301 0

Evlilik təklifi zamanı üzük kanalizasiyaya düşdü  VİDEO  FOTO

Evlilik təklifi zamanı xoşagəlməz hadisə baş verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Yorkda, Tayms meydanında evlilik təklifi zamanı üzük dəmir barmaqlıqların arasına düşüb.

Çarəsiz qalan cütlük məkanı tərk edib.

Nyu-York polisi adları mətbuatda Con və Daniella olaraq keçən cütlüyün üzüyünü tapıb. Onlar üzüyü təmizlənmiş halda cütlüyə qaytarıblar.

New York Times-a açıqlama verən Con bildirib ki, sevincinin həddi hüdudu yoxdur. O, polislərə təşəkkürünü bildirib.


Xəbərə aid fotolar