Valverde Dembeleni təriflədi


İdman 03 Dek 2018 16:27:00 233 0

Valverde Dembeleni təriflədi

Barcelona-nın baş məşqçisi Ernesto Valverde Villarreal (2:0) üzərində qələbədən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı oyunun çətin keçdiyini deyib. "Rəqibin müqavimət göstərəcəyin bilirdim. Komandam əla oynadı. Dembeleni xüsusi qeyd etmək istərdim. Bu matçda özünü yaxşı tərəfdən göstərdi. Güclü zərbəsi, əla driblinqi var. Mübarizədən çəkinmir. Dembeledən məhz bu cür oyun gözləyirdim. Ümid edirəm ki, növbəti matçlarda da bizi sevindirəcək”,- baş məşqçi deyib.