Masallıda Bioloji Təbabət Klinikasının yeni filialının açılışı oldu


Digərləri 03 Dek 2018 16:08:00 445 0

Masallıda Bioloji Təbabət Klinikasının yeni filialının açılışı oldu

Bakı Bioloji Təbabət klinikasının təsisçisi və rəhbərliyi Sumqayıt, Göyçay filiallarından sonra cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək və xarici ölkələrə xəstə axınının qarşısını almaq məqsədilə 2018-ci il, dekabrın 1-də Masallı rayonunda möhtəşəm bir sağlamlıq ocağının açılışına start verdi.

Son.az bildirir ki, tədbirdə Masallı icra başçısının müavini Aybəniz Qafarova, millət vəkili Sabir Hacıyev, Bioloji təbabət üzrə Almaniya və Ukraynadan dəvət olunan mütəxəssislər, Bioloji Təbabət Klinikasının Bakı, Sumqayıt, Göyçay filiallarının kollektivləri iştirak edib. 2009-cu ildən Bakıda fəaliyyət göstərən Bioloji Təbabət klinikası Azərbaycanda ilk olaraq orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə bioloji üsullarla keyfiyyətli tibbi xidmət göstərir. Masallı rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Bioloji təbabət klinikasının son model tibbi avadanlıqlarla təchiz edilmiş yeni filialının ümumillikdə, cənub bölgəsindəki əhalinin sağlamlıq problemlərinin aradan qaldırılması istiqamətində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini tədbir iştirakçılarına çatdıran A. Qafarova Masallı Bioloji Təbabət Klinikasının eyni zamanda rayon səhiyyə xidmətinin inkişafına da böyük töhvə olacağını bildirib. Sonra 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərən Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin prezidenti, professor Fikriyyə İbrahimli çıxış edərək bildirib ki, Bioloji Təbabət Klinikasının Masallı filialında pasiyentlər xroniki, çətin sağalan və ya sağalması mümkünsüz hesab edilən xəstəliklərin müalicəsində effektiv və təhlükəsiz müalicə üsulu sayılan bioloji təbabətlə müalicə metodlarının köməyi ilə öz sağlamlıqlarına qovuşa biləcəklər.


Xəbərə aid fotolar