“Ana, mənə soyuqdur, görmürəm”


Digərləri 03 Dek 2018 15:50:00 299 0

“Ana, mənə soyuqdur, görmürəm”

3 dekabr - Beynəlxalq Əlillər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Bəziləri əlilliyi "alın yazısı" sayır və hesab edirlər ki, fiziki qüsurlu insanlar həyatda ciddi uğur qazana bilməzlər. Lakin onları yanıldan, milyonlarla insana örnək olan, "uğur hekayəsi" yazan fiziki qüsurlu insanlar var.

Son.az xəbər verir ki, azxeber.com belə insanlardan birindən - ikiqat dünya, yeddiqat Avropa çemiponu, Avropa Olimpiya oyunlarının qalibi - İlham Zəkiyevdən bəhs edəcək.

İlham Zəkiyev kimdir?

Qəhrəmanımız 3 mart 1980-ci ildə anadan olub. Orta maddi imkanlara malik ailədə dünyaya göz açan İlham hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşdırlarından fərqlənir. Sumqayıt məktəbliləri arasında xüsusi ad-sana malik gələcək çempion 15 yaşında peşəkar idmanla məşğul olmağa başlayır. Çox qısa müddətə fərqlənməyi bacarır. Sumqayıtda cüdo üzrə keçirilən yarışlarda qalib gəlir, sambo üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olur.

"Ana mənə soyuqdur, üstümü ört"...

1996-cı ildə cüdo üzrə təsnifatı keçə bilməyən İlham yığmaya düşə bilmir və əsgər gedir. Orada, cəbhədə snayper gülləsi onun sol gicgahından girib, sağ gicgahından çıxır. Beş gün komada qalır və həkimlər onun öləcəyini bildirirlər. Beləcə gözləyirlər... Beş gün sonra möcüzə baş verir. İlham ayılır... Anasının "İlham, oğlum ayıl" çağırışına "Ana mənə soyuqdur, üstümü ört" deyə reaksiya verir. Anası öz jaketini onun üstünə sərir. Ölümün pəncəsindən xilas olan İlham ayılanda başa düşür ki, daha görməyəcək, çünki gözləri kor olub. İlham yenə döyüşür və...