Azər Türk Bankda səhmdarların ümumi yığıncağı keçirildi


Digərləri 03 Dek 2018 16:00:00 256 0

Azər Türk Bankda səhmdarların ümumi yığıncağı keçirildi

Dekabrın 3-də "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. 

Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Qəbul edilən qərara əsasən, "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti  uzadılıb.  1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.