Gəncədə kütləvi iğtişaş törədilməsinə çağırış edənlərin işi


Digərləri 03 Dek 2018 15:45:00 260 0

Gəncədə kütləvi iğtişaş törədilməsinə çağırış edənlərin işi

Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin Son.az-a daxil olan birgə məlumatına görə, xəbər verildiyi kimi, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.