Dörd övlad anası YouTube ulduzuna döndü VİDEO FOTO


Digərləri 03 Dek 2018 15:36:00 442 0

Dörd övlad anası YouTube ulduzuna döndü  VİDEO  FOTO

Adi sayılan mütəxəssis, sıradan biri hesab olunan qadın YouTube-da ulduza dönmək üçün nə etməlidir? Sadəcə, işinin bilicisi, peşəkar və ən başlıcası, böyük brendlərin tələsinə düşməməyi bacaran birisi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Londonun qərbində yaşayan 49 yaşlı psixoterapevt, dörd övlad anası Kerolayn Hirons sosial şəbəkələrdə, xüsusilə də YouTube-da çox populyardır.

Kerolaynın videkanalında baxış sayı artıq 100 milyonu keçib. O, kosmetika və parfümeriya biznesində artıq elə bir nüfuzlu şəxsə çevrilib ki, indi "Kerolayn effekti" adlı xüsusi termin var.

K.Hirons parfümeriya və kosmetika brendlərinin məhsullarını videokanalında şərh edir, dəyərləndirir. Onun tənqidləri isə bu və digər məhsulun satışlarına ciddi təsir edir.


Xəbərə aid video


Xəbərə aid fotolar