Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra saçlarımı kəsdilər”


Digərləri 03 Dek 2018 15:14:00 309 0

Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra saçlarımı kəsdilər”

İki gündür ölkə gündəmini zəbt edən hadisə ilə bağlı fikirlər səngimək bilmir. Söhbət əri tərəfindən saçı kəsilərək videoya çəkilən qadının görüntülərindən gedir.

Hazırda Mingəçevir şəhərində yaşayan Günel Mehdiyeva (ad şərtidir) keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini deyib. Onun sözlərinə görə, hazırda keçmiş həyat yoldaşı və onun qardaşları axtarışdadır.

Son.az gənc qadının azxeber-ə verdiyi özəl müsahibəni təqdim edirik:

- Görüntülər nə zaman və harada çəkilib?

- Bu video Rusiyanın Stavrapol şəhərində çəkilib. Görüntülər bu ilin sentyabrın 20-də ayında balaca qaynım tərəfindən çəkilib.

- Görüntülərdən görünür ki, siz öncə döyülmüsünüz sonra saçınız keçəl qırxılıb. Buna səbəb nə idi?

- Həmin gün mən evdə idim. Yoldaşım demək olar ki, hər gün içib, evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra məni təhqir edib, vurmağa başladı. Mən cavab qaytaranda qaynanam mənim saçlarımdan tutaraq otağa götürdü. Başıma çoxlu zərbələr vurmağa başladı. Daha sonra mən huşumu itirdim və məni lüt soyundurub şəkillərimi çəkdilər. Qaynanam həmin zaman saçlarımı kəsdi, ərim Həsənov Elnur isə mənim bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Mən bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qaynanam dərman vermişdi.

- Keçmiş əriniz görüntülərdə sizin oğlanla görüşdüyünüzü və ona xəyanət etdiyinizi deyir. Həmin şəxs kimdir?