İranın rabitə naziri Bakıya gəlir (ÖZƏL)


Digərləri 03 Dek 2018 15:14:00 214 0

İranın rabitə naziri Bakıya gəlir (ÖZƏL)

Məhəmməd Cəhrominin "Bakutel" sərgisinə baş çəkəcəyi və "Kaspian İnnovasiya" konfransında çıxış edəcəyi gözlənilir

Bakı. Elnur Bağışov - İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir: "Məhəmməd Cəhrominin "Bakutel" sərgisinə baş çəkəcəyi və "Kaspian İnnovasiya" konfransında çıxış edəcəyi gözlənilir.