Sənan Qurbanov: "Səhvlərdən nəticə çıxarmalıyıq"


İdman 03 Dek 2018 15:07:00 293 0

Sənan Qurbanov: "Səhvlərdən nəticə çıxarmalıyıq"

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Qəbələ” - “Zirə” matçından sonra meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı təşkil olunub.

Goal.az 

xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qolsuz bərabərliklə nəticələnən matç haqda fikirlərini bölüşüb:

- “Keşlə”ylə oyunu yaxşı keçirmişdik. Görünür, komandanı çox təriflədim. Mübarizə apardıq. Amma real qol imkanımız olmadı. Ceymsin yoxluğu hiss olundu. Kəsərli hücum qura bilmədik.

- 4-cü pilləyə qalxmaq şansını qaçırdız. “Qəbələ”nin oyunçuları “Zİrə”dən o qədər zəifdir ki, çoxluqda qalmış komandanız qol imkanı yaratmadı?

- Məncə, dünənki səhvlərdən nəticə çıxarmışdıq. İstək, qalib gəlmək istəyi bu gün var idi. Məncə, bu gün tələskənliyə yol verirdik. Bu da top itkiləriylə nəticələnirdi.

- “Qəbələ” o qədər zəif komandadır ki, bir tək Adeniyidən asılıdır?

- Elə geniş heyətimiz yoxdur. Ancaq hər bir futbolçumla qürur duyuram. Məncə, Stiven Monroz tək qalmışdı.

- Rauf Əliyevdə hansı problem var? Nə heyətə düşə bilmir, meydançada olanda da gözə dəymir.

- Rauf yaxşı futbolçudur. Sadəcə, məşqə əsasən heyəti qururam. Ona şans verirəm. Sadəcə, bu şansdan istifadə etməlidir. (sport24.az)