Növbəti “KOB Dostu” Xaçmaz və Siyəzəndə FOTO


Digərləri 03 Dek 2018 14:51:00 310 0

Növbəti “KOB Dostu” Xaçmaz və Siyəzəndə  FOTO

Dekabrın 3-də Xaçmazda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") xidməti sahibkarların istifadəsinə verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Qeyd edək ki, ilk "KOB Dostu" bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb.

Növbəti "KOB Dostu" İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Siyəzən Gənclər Evində fəaliyyətə başlayıb. "KOB Dostu" kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaq.

Bununla bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, "KOB Dostu" sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. Artıq ilk "KOB Dostu" Masallıda fəaliyyət göstərməklə sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir. Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında da "KOB Dostu" və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışında "KOB Dostu"nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra "KOB Dostu" ilə bağlı təqdimat keçirilib. Təqdimatda "KOB Dostu"nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.


Xəbərə aid fotolar