Metsamor AESdə ciddi korrupsiya faktı


Dünya 03 Dek 2018 14:51:00 282 0

Metsamor AESdə ciddi korrupsiya faktı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkədə külli miqdarda korrupsiya faktları aşkarlayıb və onlarla əlaqədar 10 cinayət işi açılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkədə külli miqdarda korrupsiya faktları aşkarlayıb və onlarla əlaqədar 10 cinayət işi açılıb. Cinayət işlərindən biri də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasındakı (AES) ciddi korrupsiya faktı ilə bağlıdır.

Son.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti bildirib. Aparılan istintaq nəticəsində məlum olub ki, Metsamor AES-in vəzifəli şəxslərilə sıx əlaqədə olan bir neçə nəfər AES üçün təhlükəsizlik sistemlərinin formal sənədlərini hazırlayaraq əsl dəyəri 7 milyon dram (təqribən 15 min ABŞ dolları) olan təhlükəsizlik sistemlərinin qiymətini süni şəkildə artıraraq onları 33 milyon drama (təqribən 68 min ABŞ dolları) satıblar. 

Bununla da, Metsamor AES-in rəhbərliyi qiymətləri süni qaydada artırmaq barədə satıcılarla əvvəlcədən razılaşma əsasında Ermənistanın dövlət büdcəsinə 25 milyon dram (təqribən 52 min ABŞ dollarına yaxın) məbləğində ziyan vurublar. Metsamor AES-dəki bu cür irimiqyaslı korrupsiya faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir. 

Qeyd edək ki, Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib və region da daxil olmaqla, Avropa üçün ciddi radiasiya təhlükəsi mənbəyinə çevrilib. Metsamor AES nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan olduqca təhlükəlidir. Bu mənada Azərbaycan və digər region ölkələri, o cümlədən də Avropa İttifaqı AES-in bağlanmasını tələb edir.