147 dövlət əmlakı özəlləşməyə çıxarıldı - VAXT (FOTO)


Digərləri 03 Dek 2018 14:54:00 204 0

147 dövlət əmlakı özəlləşməyə çıxarıldı - VAXT (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 8 yanvar tarixində keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2 min 634 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir. Sumqayıt şəhəri, Bağlar massivi, dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442.5 kv.m-dir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.