“Öldürsəydilər, bundan yaxşı idi”


Kriminal 03 Dek 2018 14:33:00 248 0

“Öldürsəydilər, bundan yaxşı idi”

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramı bu dəfə onun evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alan Cansail Həsənovun həyatını işıqlandırıb. Cansail Həsənov - Məhkum (Cəzası - Ömürlük həbs): "1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdı oturmusan burda, necə tək deyiləm. Dedi ki, qadındı. Ona qayıdıb demişəm ki, bura olmaz çıx get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxartmışam çölə. Ağır söyüşlər söyüb, demişəm içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm. Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. 3 gün ərzində hamıyla görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis falan hamısı orada durub. Heç məni tanımayıblar. Siqaret falan çəkmişəm.

Sonra dedim ki, mənim arxamca gəlmisiz? Dedilər nə yaxşı qaçmadın? Dedim hara gedəcəm? Getsəm, yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm. Cinayət Məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ölüm hökmü verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədi? Həbsdə olduğum müddətdə atam, anam, 2 əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, 2 xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər, bundan yaxşı idi".


Xəbərə aid foto