Giqqz: "Azərbaycanda hər şey yaxşıdır"


İdman 03 Dek 2018 14:37:00 247 0

Giqqz: "Azərbaycanda hər şey yaxşıdır"

Uels millisinin baş məşqçisi Rayan Qiqqz AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.

 Goal.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, Xorvatiyanın qrupun əsas favoriti olduğunu söyləyən gənc mütəxəssis Azərbaycan millisi haqda da fikirlərini açıqlayıb:

"Uzun yol bizi qorxutmur. Azərbaycanda gözəl şərait, yüksək səviyyəli otellər, yaxşı meydançalar və yeni stadionlar var. Bir sözlə, orada hər şey yaxşıdır. Yəqin ki, Azərbaycana oyundan bir gün əvvəl gedəcəyik. Qalan hər şey gözlədiyimiz kimi oldu”.

 Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda mübarizə aparacaq.