Nizami Cəfərov: "Teatra getmək estetik yox, sosial dəb idi"


Digərləri 03 Dek 2018 14:24:00 259 0

Nizami Cəfərov: "Teatra getmək estetik yox, sosial dəb idi"

Son.az oxu.az-a istinadla akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun müsahibəsini təqdim edir:

- Ötən əsrin 90-cı illərinin əvvəllərindən günümüzədək mediada, cəmiyyətdə, mədəniyyət aləmində teat və tamaşaçı məsələsi bir problem olaraq müzakirə olunmaqdadır. Bəziləri bunun səbəbini güclü ssenarilərin, gözəl əsərlərin və peşəkar ssenaristlərin, yaxud yüksək səviyyəli rejissor və ya aktyor işinin olmaması, bəziləri maddiyyatın önə keçməsi və sairə ilə əlaqələndirməyə çalışırlar. Bu sahə ilə yaxın olan bir şəxs, bir ziyalı olaraq bu haqda nə fikirdəsiniz?

"Ötən əsrin 40-50-ci illərində teatrlara getmək estetik yox, sosial dəb olub"

- Ümumiyyətlə, Azərbaycanda teatra baxmaq mədəniyyəti heç vaxt dünyadakı o səviyyə ilə müqayisə olunmur və oluna da bilməz. Çünki dünyada bunun təcrübəsi var, vərdiş sistemi var, bu işə maraq var. Özü də dünyanın hər yerində yox.

Məsələn, Avropanın məşhur teatrları var ki, orada məhz dediyim məqamlar mövcud olub, yaşanıb və bu gün də var. Azərbaycanda isə  bunun əsası, əslində, bir xeyli dərəcədə süni şəkildə qoyulub.

Belə deyək ki, ötən əsrin 20-30-cu illərində xalqı zorla teatra gətirmək şəklində addımlar atılıb. Belə "maraq" da olub. Eyni zamanda, ötən əsrin 40-50-ci illərində də bu, bir az sosial dəb olub.

Bəlkə də, əslində, heç estetik dəb olmayıb. Yəni, cəmiyyətin özünün ruhundan, daxilindən gələn bir şey olmayıb, belə demək mümkünsə, "mən də varam" şəklində ayrı-ayrı ziyalıların teatrlarda iştirak etməsi şəklində bir dəb yaşanıb.

"Vaqif" pyesi teatr əsəri kimi zəifdir"

- Bunu nədən bilirsiniz, faktlar, yoxsa intuisiyanız əsasında?

- Ondan bilirəm ki,  teatr prosesləri bizdə zəif olub. Hətta müəyyən dövrlərdə deklarativ xarakter daşıyıb. Məsələn, bizdə teatr səhnələrində dahi Səməd Vurğunun  "Vaqif" dramından çox göstəriləni, quruluş veriləni olmayıb. Bu əsər dahiyanə əsərdir, amma teatr əsəri kimi zəifdir.

Teatrda qoyuluşu da çox zəifdir. Bu dramın nə qədər tamaşası gedib, nə qədər insanlar gəlib, amma bu əsərin ciddi bir dram əsəri, ciddi bir teatr əsəri, ciddi teatr əhval-ruhiyyəsində olması ilə bağlı təhlillər yoxdur.

"İndi teatra tamaşaçı yığmaq problemdir"

- Bəs, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinə, yəni teatrlarda uzun illər səhnələşdirilən, quruluş verilən əsərlərinə bu fikirləri şamil etmək mümkündürmü?

- Əslində, şamil etməzdim. Çünki İlyas Əfəndiyevdə müəyyən qədər dramaturji teatrla bağlılıq  oldu. Məsələn, bu ötən əsrin 60-cı illərində, 70-80-ci illərində bir xeyli effekt doğurdu. Onun əsərlərində, dramaturgiyasında teatrallıq var idi. Həqiqətən də, bu tamaşalara artıq hansısa bir siyasi, ictimai, ideoloji diktə və yaxud hansısa bir sosial özünügöstərmə ilə yox, öz qəlblərinin hökmü ilə gəlib tamaşa etmək tendensiyası vardı.

Bu tamaşalar insanlar üçün maraqlı idi, tamaşaçılar həmin tamaşaları seyr etmək üçün maraqlı idilər, gedirdilər, baxırdılar. Amma bu da elə bilirəm ki, çox çəkmədi. İndi isə teatra tamaşaçı yığmaq problemdir və səbəblər də çoxdur.

"Bu gün bizdə aktyor işi zəifdir"

- Məsələn?

- Bu gün yaxşı əsərlər də azdır, olsa belə, yaxşı əsərə bir dəfə baxarsan, iki dəfə baxarsan. Düzdür, yaxşı rejissor işi bizdə heç vaxt pis olmayıb, yaxşı rejissor işlərimiz var, amma bizdə aktyor işi zəifdir, peşəkar aktyorlarımız azdır. Çünki XX əsrin əvvəllərində teatrlara, tamaşalara əsərə, müəllifə görə yox, məhz aktyora görə gəlirdilər və həqiqətən də, çox təəssüflər olsun ki, bu, sonrakı dövrlərdə itdi.

"Teatr artıq cəmiyyəti, insanları incəsənətin başqa sahələrinin əlindən almalıdır"

- Səbəb nə idi?