Bilik Fondu Telli Pənahqızının gənc jurnalistlərlə “İmzalı görüşü”nü keçirib (FOTO)


Digərləri 03 Dek 2018 13:41:19 274 0

Bilik Fondu Telli Pənahqızının gənc jurnalistlərlə “İmzalı görüşü”nü keçirib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirdiyi növbəti “İmzalı görüş”ü AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirdiyi növbəti “İmzalı görüş”ü AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub. Fonddan Trend-ə verilən məlumata görə, Əməkdar telejurnalist, yazıçı-publisist Telli Pənahqızı ilə Bilik Fondunun “Kinolkub”, “Gənc jurnalistlər” klublarının və “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri görüşüblər. Tədbiri Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı açaraq, bu günə qədər “İmzalı görüş” layihəsinə cəlb olunan yazıçı və şairlərin oxucularla mütəmadi görüşlər təşkil edildiyini diqqətə çatdırıb, bu kimi tədbirlərin gənclərin mədəni səviyyədə maariflənməsinə töhfə verdiyini bildirib. Tədbirdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov özünün də bir oxucu kimi Telli Pənahqızının görüşünə gəldiyini diqqətə çatdıraraq, xanım yazarın qələm nümunsəi olan publisistik yazıların, şeirlərin insanda xoş duyğular yaratdığını, vətənə, xalqa, insana sevgilər aşıladığını vurğulayıb.