9 kredit ittifaqının lisenziyası ləğv olunub


Digərləri 03 Dek 2018 13:34:00 242 0

9 kredit ittifaqının lisenziyası ləğv olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub

.

Son.az report-a istinadən bildirir ki, bunlar Şərur rayonundakı "Cavid", Beyləqan rayonundakı "Ekonom" və "Şahsevən", Bərdə rayonundakı "Fermer-Marketinq", Şəki şəhərindəki "Göyçə" və "Nicat", Bakı şəhərindəki "M.F.", İmişli rayonundakı "Mirqasım" və Salyan rayonundakı "Üç qardaş" kredit ittifaqlarıdır.