“TOPAZ”: “KASIMPAŞA” ÜÇÜN ARZUOLUNMAZ KADIKÖY SƏFƏRİ


İdman 03 Dek 2018 13:24:00 266 0

“TOPAZ”: “KASIMPAŞA” ÜÇÜN ARZUOLUNMAZ KADIKÖY SƏFƏRİ

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” həftənin ilk günündə öz müştərilərinə 44 matç təklif edir.

Bu görüşlərdən 8-nə “təkli”, 29-na isə həm “təkli”, həm də canlı mərc etmək olar. Günün maraqlı oyunlarından İtaliya A seriyasının 14-cü turunun son qarşılaşması – “Atalanta”-“Napoli” matçını qeyd etmək olar. 3-cü sırada qərarlaşan “Napoli” Berqamo səfərində hətta 1 xal qazansa belə 2-ci yerə yüksələcək. “Atalanta”nın isə qələbə qazanacağı təqdirdə 11-ci sıradan azı 4 pillə irəliləmək imkanı var. A seriyasında son 5 oyununun hamısını “üst”lə bitirən “Atalanta”nın bu axşam necə oynayacağı maraq doğurur. Bu maraqlı qarşılaşmaya “Topaz”da həm canlı, həm də “təkli” mərc etmək mümkündür. Əmsallar: “Atalanta”nın qələbəsi 3, heç-heçə 3,20, “Napoli”nin qələbəsi 2.

So vaxtlar uğursuzluq zolağına düşən “Fənərbaxça” da bu axşam meydana çıxacaq. “Sarı-lacivərdlilər” öz meydanında “Kasımpaşa”yla qarşılaşacaq. İkinci sırada qərarlaşan qonaqlara lider “Başakşehir”lə xal fərqini 2-yə endirmək üçün mütləq qələbə lazımdır. Statistika birmənalı şəkildə “Kasımpaşa”nın əleyhinədir. Onların Kadıköydə sonuncu qələbəsinin üzərindən artıq 9 il ötür. Ümumiyyətlə isə “Kasımpaşa” son 7 ildə “Fənər”ə qalib gələ bilmir. Statistikanın budəfəki dueldə özünü nə dərəcədə doğruldacağını qarşılaşma göstərəcək. Saat 21:00-da başlayacaq matça “Topaz”da canlı və “təkli” mərc edə bilərsiniz. Əmsallar: “Fənərbaxça”nın qələbəsi 1,85, heç-heçə 3,60, “Kasımpaşa”nın qələbəsi 3,55.

Bu və digər maraqlı oyunlara “Topaz”da mərc etməklə qazanmaq imkanınız var. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.azsaytı vasitəsi ilə edə bilərsiniz.