Xatirə pulsuz, 40 dərəcə qızdırmada səhnəyə çıxdı,


Şou-biznes 03 Dek 2018 13:20:00 244 0

Xatirə pulsuz, 40 dərəcə qızdırmada səhnəyə çıxdı,

Müğənni Xatirə İslamla konsertin təşkilatçısı “M Group Production” arasında qalmaqal baş verib

Dünən "Altın kelebek" mükafatı uğrunda seçim konserti baş tutub. Müğənni Xatirə İslamla konsertin təşkilatçısı "M Group Production" arasında qalmaqal baş verib.

Son.az publika.az-a istinadla xəbər verir ki, konsertin təşkilatçılığından narazı qalan artist İnstaqram-dan canlı yayım açaraq Murad Dadaşovu kəskin tənqid edib. Buna səbəb dünən "M Group Production"un təşkilatçılığı ilə keçirilən "Altın Kelebek" ödüllərinin seçim konsertindəki çıxışının yarımçıq kəsilərək yerinə efirdə reklam verilməsi olub:

"Lazım idimsə, niyə ifamı kəsib yerinə reklamlar verdiniz? Yox, əgər lazım deyildimsə, niyə mənə bu qədər zəng edib ora dəvət edirdiniz? Lazım deyildimsə, sadəcə, 6 müğənni dəvət edərdiniz. Məni niyə çağırmışdınız?