Azərbaycanda bir ailədən 6 nəfər xəstəxanaya aparıldı


Digərləri 03 Dek 2018 13:02:00 199 0

Azərbaycanda bir ailədən 6 nəfər xəstəxanaya aparıldı

Beyləqanda bir ailənin üzvləri dəm qazından zəhərlənib

Beyləqanda bir ailənin üzvləri zəhərləniblər.

Son.az publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Mayak kəndində qeydə alınıb. Kənd sakinləri Məmmədov Nizami Qərib oğlu, Məmmədova Adilə Mamed qızı, Məmmədova Zemfira Məmməd qızı, Qəribli Elminaz Eldəniz qızı, Qəribli Nəzrin Arzu qızı və Qəribli Məhəmməd Arzu oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq Məmmədov Nizami Qərib oğlunun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir ailənin üzvləri olan 6 nəfər yaşadıqları evdə dəm qazından zəhərlənib.

Araşdırmalar davam etdirlilir.