Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82ci Konqresinin ikinci günü başlayıb


Digərləri 03 Dek 2018 12:54:00 236 0

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82ci Konqresinin ikinci günü başlayıb

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin ikinci günü başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.

Konqresin birinci günündə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinlənilib.

Tədbirdə qurumun rüblük maliyyə planı da təsdiqlənəcək. Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə edilib, bundan başqa, növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.