"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı


Digərləri 03 Dek 2018 12:04:00 220 0

"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı

“Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib

"Elmed" Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

Son.az xəbər verir ki, klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov Trend-ə açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib: "Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik".

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu bu il oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev saat 13 radələrində əməliyyatdan çıxıb və həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.