"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA


Digərləri 03 Dek 2018 11:50:00 245 0

"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA

“Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

Bakı. Samir Əli - “Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib. Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov Trend-ə açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib: "Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik". Qeyd edək ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu bu il oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.